- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 46
- Dekabr 05, 2025
- 0

Çempionlar liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Şelburn” – “Qarabağ” matçının (0:3) ardından baş məşqçi Qurban Qurbanov fikrini açıqlayıb.
Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis oyunsonrası mətbuat konfransında İrlandiyadakı qarşılaşmanı dəyərləndirib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Dünən də demişdim ki, rəqib bu meydanda bizə istənilən an gərginlik yarada bilər. Bu gün bunun şahidi olduq. 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bunu yaddan çıxarıb, cavab görüşünə daha ciddi hazırlaşmalıyıq. Az sayda azarkeşlərimiz gəlmişdi. Bizi dəstəklədikləri üçün hər birinə təşəkkür edirəm”.
Baş məşqçi cavab qarşılaşmasına da eyni ciddiyyətlə hazırlaşacaqlarını söyləyib: “Cütün taleyinin həll edildiyini qətiyyən düşünmürəm. “Şelburn” məğlub olmağı xoşlamayan, meydanda nə etdiyini bilən kollektivdir. Bəlkə də, bizə uyğun olmayan sürətdə çıxış edirdi. Amma müdafiəçilərimiz rəqibin hücumçularına imkan vermirdilər. Bakıdakı matçda bugünkündən daha diqqətli olmalıyıq. Bu, bizim cari mövsümdə ilk oyunumuz idi. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq”.