- Baxış sayı: 43
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

“Sabah”ın çox dəyərli yerli və əcnəbi oyunçuları var”.
Allsport.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Əvrən Alqaya deyib.
Basketbol üzrə Azərbaycan kubokunun IV turunda “Sabah”a 87:82 hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, bu matça 4-5 gün dincəlmədən hazırlaşıblar: “Çətin matça yaxşı hazırlanmışdıq. 4 gün bütün detalları çalışdıq. “Sabah”la matçda müdafiədə yaxşı oynadıq. Ümidvaram ki, davamını gətirərik. “Sabah” kimi dəyərli baş məşqçisi, dəyərli oyunçuları olan komandanı udduğumuz üçün çox xoşbəxtik. Onlara digər matçlarında uğurlar arzulayıram”.