- Baxış sayı: 47
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 196
- Dekabr 19, 2025
- 0


Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Allsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Leyksoeş”lə qarşılaşıb. 4 qolun qeydə alındığı matç “Tondela”nın qələbəsiylə yekunlaşıb – 3:1. Beləcə, azərbaycanlı futbolçunun komandası inamlı qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.
Renat da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 78-ci dəqiqədə meydana buraxılıb.