- Baxış sayı: 33
- 05 Aprel 2026 21:56
- Baxış sayı: 128
- Aprel 03, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub premyer liqanın “Sumqayıt” klubu ilə 26-cı tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis 3:1 hesablı qələbə ilə bağlı bunu deyib:
“Biz çox səylə çalışırıq. Futbolçularımız çox yaxşı əhval-ruhiyyədədirlər. Çox böyük rəqabət var, hamı oynamaq istəyir. Buna görə də işim daha asan olur, mən sadəcə düzgün heyəti seçməliyəm. Bu gün “Neftçi” gözəl oynadı. 3:1 hesabı ilə qalib gəldik, amma daha çox qol vurmaq üçün kifayət qədər imkanımız oldu. Buraxdığımız qoldan sonra futbolçularımız özlərinə gəlib irəli getdilər, çox qısa müddətdə qol vurdular və sonda daha bir dəfə də fərqləndilər ki, bu da mənim xoşuma gəldi. Bir məşqçi kimi mənim üçün ən önəmli olan budur”.