- Baxış sayı: 26
- 30 Mart 2026 12:48
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

4-cü turdan təxirə salınan “Səbail” – “Qarabağ” oyununda vurduğu qolla qonaqların qələbəsində pay sahibi olan Dani Kintana ikiqat yubiley qeyd edib. Allsport.az saytı xəbər verir ki, matçda 2-ci qolun müəllifi üçün bu top tarixi olub.
“Səbail”in qapısından keçirilən qol ispaniyalının premyer liqada, hamısı “Qarabağ”da olmaqla 20-ci qoludur. O, Ağdam təmsilçisində 56-cı matçında ikinci “onluğ”u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə “Qarabağ”da 25-ci topdur. O bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.
Xatırladaq ki, “Qarabağ” səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.