- Baxış sayı: 32
- 30 Mart 2026 19:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Allsport.az saytı xəbər verir ki, bayraqdar Dario Federikonu heyətinə qatıb. O, yeni klubu ilə 1-illik müqavilə imzalayıb.
27 yaşlı braziliyalı “ağ-qaralar”da 10 saylı futbol geyimində çıxış edəcək. Hücumçu ötən mövsüm Gəncənin “Kəpəz” komandasında oynayıb və 4 qol vurub.