- Baxış sayı: 28
- 07 Aprel 2026 13:10
- Baxış sayı: 280
- Aprel 06, 2026
- 0

Millimizin yeni baş məşqçisi Canni De Byazi yığma üzvlərinə səslənib. Allsport.az xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssis postunda bunu qeyd edib:
“Salam, uşaqlar. Artıq millətlər liqasının başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdır: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, qürurla milli yığmanı böyük zirvələrə aparmaq hissi. Tezliklə görüşənədək”.