- Baxış sayı: 137
- 19 Dekabr 2025 23:57
- Baxış sayı: 137
- Dekabr 19, 2025
- 0


Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir davam edir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının 2 idmançısı yarışa qələbə ilə başlayıb.
60 kq-da mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 final çərçivəsində Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib. Görüş Qasımzadənin 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Məhəmmədəli bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.
Əli Abdullayev (65 kq) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.
Turnirə martın 15-də yekun vurulacaq.