- Baxış sayı: 24
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqasının 2017/18 mövsümündə ilk dəfə eyni oyunda 2 avtoqol qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, bəxtsizlik “Sumqayıt”ın “Keşlə” ilə ev matçında gerçəkləşib. Qonaqların futbolçuları Denis Silva və Adrian Skarlatake hərəyə 1 dəfə öz qapısına qol vurub.
Sonuncu Azərbaycan çempionatlarında 2-ci dəfə belə uğursuzluq yaşayıbsa, braziliyalı müdafiəçi Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Cənubi amerikalı 2010/11 mövsümündə “Neftçi”nin heyətində “Bakı”, ötən çempionatda “İnter”in forması ilə “Zirə” ilə görüşdə öz qapısına qol vurmuşdu.
3-cü avtoqolla Denis Azərbaycan çempionatları tarixinə ən çox belə uğursuzluq yaşayan futbolçu ünvanına şərik olub. O, antirekordun 6-cı müəllifidir. Denisədək Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, Ruslan Abışov və Jairo Rodriges də 3 avtoqola üzülmüşdü.