- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Roma”nın hücumçusu Paulo Dibala karyerasını “Liverpul”da davam etdirə bilər. Allsport.az xəbər verir ki, mersisaydlılar 31 yaşlı argentinalının agenti ilə telefonla danışıblar. Onu mərhum Dioqo Jotanın əvəzi kimi görürlər.
Hücumçunun romalılarla müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədədir.
Dibala mart ayından zədə səbəbindən oynamır.
Ötən mövsüm o, “Roma”nın heyətində bütün turnirlərdə 36 matçda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.