Diktatorun nəticəsi “Latsio”da

“Latsio” İtaliya diktatoru Benito Mussolininin nəticəsi olan müdafiəçi Romano Floriani Mussolini ilə müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçu 2016-cı ildə “Latsio”ya yetirməsi olduğu “Roma”dan keçib.

“Qartallar” Mussolinini “Peskara” və “Yuve Stabiya” klublarına icarəyə göndərib. Sonuncu isə Mussolininin 37 matçda oynadığı uğurlu mövsümdən sonra keçən yay onu tam transfer edib.

“Yuve Stabiya” rəsmi saytında elan etdiyi kimi Mussolini “Latsio”ya qayıdıb.

Həmin kateqoriyadan