- Baxış sayı: 44
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Müşahidə şurasının qərarı ilə Adil Abdullayev “Dinamo” reqbi klubunun prezidenti seçilib. Allsport.az saytı xəbər verir ki, o, 10 ildir QHT rəhbəri və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, peşəkar idarəetmə və komanda quruculuğu istiqamətində böyük uğurları, ciddi təcrübəsi var.
Müşahidə şurasının digər qərarı ilə Təbriz Həmdullayev vitse-prezidenti seçilib. Klub qarşısında duran əsas vəzifə ən qısa zamanda heyəti formalaşdırıb, ölkə çempionatında yüksək nailiyyətlər əldə edərək, beynəlxalq yarışlarda ölkəni layiqli təmsil etməkdir.