- Baxış sayı: 5
- 26 Dekabr 2024 13:46
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef, Azərbaycan premyer liqasının 8-ci turunda “Turan Tovuz”a qarşı matç haqda danışıb:
“Diqqətimizi oyuna cəmləmişik. Hamımız tam köklənmişik, bizi çətin qarşılaşma gözləyir amma biz qalib gəlmək və 3 xalı qazanmaq üçün oraya gedirik. Daha sonra irəli baxacayıq. Düşünürəm ki, biz hazırıq. Hələ qarşıda 2 günümüz var, yəni daha 2 gün hazırlaşacayıq.
Beləliklə oyuna 100 faiz hazır ola bilərik. Düşünürəm ki, bu, “Turan”a qarşı oynayan hər komanda üçün problemdir, təbii ki, 6-7 saatlıq yol getdikdən sonra süni ot örtüyündə oynamaq elə də asan deyil”.