- Baxış sayı: 18
- 05 Dekabr 2025 21:28
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Millinin yarımmüdafiəçisi Dmitri Nəzərovun yer aldığı “Ersgebirge” Almaniya 2-ci Bundesliqasında yerini qorumaq üçün ilk pley-off oyununa çıxıb.
Allsport.az saytı xəbər verir ki, 18 iştirakçı arasında 16-cı olan “ağ-bənövşəyilər” aşağı dəstədə 3-cü pilləni tutmaqla yüksəlmək istəyən “Karlsrue” ilə qarşılaşıb.
Aue klubu ilk görüşdə qolsuz heç-heçə ilə ayrılıb. Futbolçumuz start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Bu komandalar arasındakı cavab matçı mayın 22-də “Ersgebirge”nin meydanında keçiriləcək.