- Baxış sayı: 30
- 25 Mart 2026 22:56
- Baxış sayı: 200
- Mart 25, 2026
- 0

Almaniya ikinci Bundesliqasında yeni mövsümə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Qroyter Fyurt” klubu ilə qarşılaşıb. 89-cu dəqiqədə qol buraxan futbolçumuzun komandası mövsümə minimal hesablı məğlubiyyətlə start verib.
Qeyd edək ki, Nazarov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.