Dmitri Nazarovun komandası Bundesliqaya çıxmaq üçün Hamburqla mübarizə aparacaq

Almaniya ikinci bundesliqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.

Sözügedən komanda öz meydanında “Münhen 1860” ilə qarşılaşıb. Görüş futbolçumuzun klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan millimizin yarımmüdafiəçisi sonadək mübarizə aparıb və 79-cu dəqiqədə sarı vərəqə almaqla kifayətlənib.

Qeyd edək ki, “Karlsrue” mövsümü 58 xalla üçüncü pillədə başa vurub. Bu, sözügedən komandaya əsas Bundesliqaya birbaşa vəsiqə verməsə də, hələ şans var. Belə ki, futbolçumuzun komandası əsas Bundesliqada 16-cı yeri tutmuş “Hamburq”la pley-off oyununda qarşılaşmalı olacaq.

Həmin kateqoriyadan