- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyinin yaranmasının 30 illiyi münasibətilə regional gənclər və idman idarələri arasında minifutbol üzrə “Dostluq” kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, həlledici qarşılaşmalar Quba olimpiya idman kompleksində baş tutub.
“Lənkəran-Astara” komandası “Şirvan-Salyan”a qalib gələrək yarışın bürünc medalına sahib çıxıb. Finalda isə “Bakı” komandası “Mərkəzi Aran”a 7:3 hesabı ilə qalib gəlib. Beləliklə yarışın qalibi Bakı Şəhər Gənclər və İdman İdarəsinin komandası olub.