- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Bu yay “Borussiya Dortmund”dan transfer olunan “Çelsi”nin yeni cinah oyunçusu Ceymi Bayno-Gittensin hansı nömrə altında çıxış edəcəyi məlum olub.
Allsport.az xəbər verir ki, 20 yaşlı futbolçu daha əvvəl Didye Droqba və Dennis Uayz kimi “zadəganlar”ın əfsanələrinə, eləcə də Oskar, Pedro, Aleksandr Pato, Xuan Kuadrado, Timo Verner və Joao Feliksə məxsus olan 11 nömrəni geyinəcək. Ötən mövsüm bu nömrə “Arsenal”a keçən Noni Maduekedə idi.
2024/25 mövsümündə Gittens “Borussiya”nın heyətində bütün yarışlarda 49 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.