- Baxış sayı: 30
- 09 Mart 2026 18:48
- Baxış sayı: 292
- Mart 05, 2026
- 0

Yarımmüdafiəçi Denzel Dumfries “İnter”dən ayrılmaq niyyətində deyil.
Allsport.az xəbər verir ki, futbolçu rəhbərliyə qalmaq istədiyini bildirib. Bu barədə “neradzurri”nin idman direktoru Pyero Osilio danışıb:
“Denzel mənə qalmaq istədiyini söylədi. O, “İnter”də oynamağa davam etməkdən xoşbəxtdir. Onun müqaviləsini tezliklə müzakirə edəcəyik. Yeni təkliflər olsa, Denzellə danışacağıq, amma o, burada xoşbəxtdir”.