- Baxış sayı: 33
- 25 Mart 2026 22:56
- Baxış sayı: 203
- Mart 25, 2026
- 0

“İnter”in müdafiəçisi Denzel Dumfris klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, niderlandlı futbolçu ilə “Mançester Siti” maraqlanır.
Denzel “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın bəyəndiyi oyunçulardandır.
Dumfris son mövsümdə “A” seriyasında keçirdiyi 29 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.