- Baxış sayı: 6
- 04 Mart 2026 16:26
- Baxış sayı: 65
- Mart 02, 2026
- 0

İraq millisi 2026-cı il dünya çempionatının qitələrarası pley-off mərhələsi öncəsi ciddi problemlərlə üzləşib.
Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Qrem Arnold hava məkanının bağlanması səbəbindən BƏƏ-ni tərk edə bilmir.
Martın 31-də Meksikanın Monterrey şəhərində Boliviya–Surinam cütünün qalibi ilə qarşılaşacaq İraq yığmasında viza böhranı da yaranıb. Səfirliklərin fəaliyyətini dayandırması səbəbindən bir neçə futbolçu Meksika vizası ala bilmir. İraq futbol federasiyası vəziyyətlə bağlı FİFA və AFK ilə sıx təmasda olduqlarını və problemin həlli üçün çalışdıqlarını bəyan edib.