Dünya çempionu: “Bu qələbəni şəhidlərimizə həsr edirəm”

İtaliyanın Sardiniya adasında gənc şahmatçıların dünya çempionatının qalibi Abdulla Qədimbəyli jurnalistlərə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, qələbəni şəhidlərimizə həsr etdiyini bildirib: “Çempionatda yaxşı oyunlar keçirdim. 11-ci turda həyəcanım daha çox oldu. Son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək asan deyildi. Çünki ümumi nəticə məhz rəqibin oyunundan asılı vəziyyətdə idi.

Yarışdan əvvəl də bilirdim ki, çətin olacaq. Yaxşı çıxış etdiyimi düşünürəm. Bizə güvəndikləri üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Başda müəllimim Cahangir Ağarəhimov olmaqla üzərimdə əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Şükür ki, istədiyimə nail oldum.

Bundan sonra üzərimdə daha çox işləməliyəm. Növbəti hədəf kimi dünya kubokunda çıxış etmək və əla nəticə göstərmək istəyirəm. Mənim üçün narahat olan, həyəcan keçirən, uğuruma sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Bu qələbəni şəhidlərimizə həsr edirəm”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish