- Baxış sayı: 63
- 23 İyul 2024 21:41
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qalibi, Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, şahmatçını Heydər Əliyev beynəlxalq hava limanında yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.
Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.