Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 228
- 19 Dekabr 2025 22:43


Xorvatiya paytaxtı Zaqrebdə qitə çempionatında, ancaq sərbəst və yunan-Roma güləş millilərimiz uğur qazanmayıb. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda təmsil olunan 3 olimpiya dərəcəli hakim Asif Şirəliyev (ortada), Sədi Quliyev (sağda) və İntiqam Alıyev (solda) iş başında olublar.
Həmyerlilərimizin idarəçiliyi Dünya güləş birliyinin referilər komitəsinin çox xoşuna gəlib. Öncədən sonadək xalçanın ortasında olan azərbaycanlı hakimlər xeyli sayda bürünc və qızıl medal uğrunda görüşlərə təyinat alıblar.
Xatırladaq ki, adı ilk çəkilən təmsilçimiz Tokio-2020 yay olimpiya oyunlarında referilik edib.
Balkanlarda “sərbəstlər” 2 dəst medalla komanda hesabında 1-ci, “klassiklər” 2 qızıl, 3 gümüş və 1 bürünc mükafatla 2-ci olublar.








