Dünya kubokunda qadın qrupu və qarışıq cütdə ilk qızıllar

Polşanın Jeşuf şəhərində akrobatika üzrə dünya kuboku sona yetib.

Allsport.az saytı xəbər verir ki, yarışda qadın qrupu qarışıq hərəkətlər proqramında Leyla Bəşirova ilə Nəzrin Fərmanova qızıl, Mənsumə Məmmədzadə gümüş medal qazanıblar.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz 1-ci, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz 2-ci olublar.

Qadın qrupu və qarışıqda qazanılanlar akrobatika gimnastikası üzrə dünya kubokunda ilk qızıl medalımızdıdır.

Həmin kateqoriyadan