- Baxış sayı: 17
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Azərbaycan minifutbol federasiyasının dəvəti ilə ölkəmizə səfər edən dünya minifutbol federasiyasının prezidenti Filip Juda, qurumun vitse-prezidenti Peter Kralik və Avropa minifutbol federasiyasının prezidenti Borislav Aleksandrov paytaxtın bir neçə idman kompleksləri ilə tanış olublar.
Allsport.az saytı xəbər verir ki, Milli gimnasitka arenası, “Sport plaza hotel & apartments”, Heydər Əliyev adına idman konsert kompleksi, Büllur sarayı və Bakı su idman sarayını ziyarət edən qonaqlar, paytaxtımızın idman infrastukturunu yüksək qiymətləndiriblər. Sözügedən idman qurğularına məsul şəxslər bu komplekslərdə təşkil olunmuş iri miqyaslı yarışlarla bağlı səfər edən nümayəndə heyətinə geniş məlumat veriblər.
Avro 2024-ün Bakıda təşkil edilməsi üçün kifayət qədər idman qurğularının mövcudluğunu vurğulayan federeasiya rəhbərləri paytaxtımızın qitə çempionatına ev sahibliyi şansını yüksək dəyərləndiriblər. Sonda qonaqlar Avropa çempionatına ev sahibliyi hüququnun Bakıya həvalə ediləcəyi təqdirdə tədbirin mötəbər səviyyədə keçiriləcəyinə inandıqlarını ifadə ediblər.