- Baxış sayı: 33
- 06 Fevral 2026 20:54
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Dünya futbolunda yeni rekord müəyyənləşib.
Allsport.az xəbər verir ki, bu, Portuqaliya çempionatının 33-cü turunun “Santa Klara” – “Famalikao” (2:1) oyununda baş verib.
Görüşün ikinci yarısının əlavə edilmiş dəqiqəsində meydan sahibi komandanın hücumçusu Qabriel Silva qaçış zamanı 40,3 km/saat sürətə çatıb.
Silva “Nyukasl Yunayted”in müdafiəçisi Sven Botmana məxsus 39,21 km/saat sürətini keçərək yeni dünya rekordu müəyyənləşdirib.