Dyökereş üçün 65 milyon ödəniləcək

“Mançester Yunayted” “Sportinq”in hücumçusu Viktor Dyökereşi satın almağa hazırdır.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” isveçli futbolçu üçün 65 milyon avro ödəməyə razılaşıb.

Daha əvvəl 26 yaşlı hücumçu ilə “Arsenal”ın da maraqlandığı bildirilirdi.

Son mövsümdə Dyökereş bütün turnirlərdə 52 matçda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun Lissabon təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Həmin kateqoriyadan