- Baxış sayı: 23
- 22 Mart 2026 10:40
- Baxış sayı: 230
- Mart 19, 2026
- 0

İspaniyanın “Eybar” klubu yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası Fransanın “Tuluza” klubu ilə üz-üzə gəlib.
Görüş İspaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Eddi bu oyuna start heyətdə çıxıb, 56-cı dəqiqədə, komandası 1:0 öndə olarkən əvəzlənib. 41-ci dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.