- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Milan”ın rəhbərliyi xorvatiyalı yarımmüdafiəçi Luka Modriç ilə müqaviləni uzatmaq variantını aktivləşdirməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, “rossoneri” rəhbərliyi 40 yaşlı ulduzu komandanın açar oyunçusu hesab edir. Hazırda klub nümayəndələri Lukanı DÇ-2026-dan sonra da futbolda qalmağa razı salmağa çalışırlar. Əgər tərəflər razılığa gəlsə, “Milan” müqaviləni 2027-ci ilə qədər uzadacaq.
“Qızıl top”un (2018) sahibi bu ilin sentyabrında 41 yaşını qeyd edəcək. Modriç daha əvvəl verdiyi açıqlamalarda dünya çempionatından sonra karyerasını bitirməyi planlaşdırdığını bildirmişdi.