- Baxış sayı: 24
- 22 Mart 2026 10:40
- Baxış sayı: 230
- Mart 19, 2026
- 0

İspaniya Kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda aşağı liqa təmsilçisi “Ponferradina” ilə qarşılaşıb. “Eybar” səfərdə keçirilən ilk oyunda bu rəqibinə 0:3 hesabıyla uduzmuşdu. Amma doğma meydanda tam fərqli futbol sərgiləyən futbolçumuzun komandası 4:0 hesabıyla qalib gələrək adını növbəti mərhələyə yazdırıb.
Zədəli olan İsrafilovun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.