- Baxış sayı: 37
- 09 Yanvar 2026 20:43
- Baxış sayı: 169
- Yanvar 09, 2026
- 0

“Real Madrid”in gənc hücumçusu Qonsalo Qarsiya İspaniya la liqasının 18-ci turunda “Betis”lə matçda (5:1) het-trik edərək tarixi nailiyyətə imza atıb.
Allsport.az xəbər verir ki, 21 yaşlı futbolçu bu performansı ilə klubun əfsanəvi hücumçusu Rud van Nistelroyun rekordunu təkrarlayıb.
Qonsalo XXI əsrdə “kral klubu”nun heyətində la liqada ilk qolunu vurduğu debüt matçında het-trik edən ikinci oyunçu olub. Van Nistelroy bu uğura 2006-cı ilin sentyabrında “Levante” ilə görüşdə (4:1) nail olmuşdu.
Xabi Alonsonun rəhbərliyi altında fürsət qazanan Qonsalo Qarsiya cari mövsümdə ümumilikdə 18 oyunda (418 dəqiqə) meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.