- Baxış sayı: 31
- 25 Mart 2026 22:56
- Baxış sayı: 203
- Mart 25, 2026
- 0

“Əl-Hilal” Səudiyyə Ərəbistanı superkubokunda iştirak etməyəcək.
Allsport.az xəbər verir ki, Ər-Riyad təmsilçisi bu qərarı klublararası dünya çempionatında iştirak etdiyi üçün qəbul edib.
İmtinaya səbəb futbolçuların yeni mövsümə qədər hazırlığını təmin etmək istəyi olub. Mundialın 1/4 finalına yüksələn “Əl-Hilal”ın qərarına futbolçuların müqavilələrində illik 28 gün məzuniyyət nəzərdə tutulduğu halda, ABŞ-dən Səudiyyə Ərəbistanına uçuşun gecikməsi də təsir edib.
Səudiyyə Ərəbistanı superkuboku avqustun 19-da keçiriləcək. Turnirdə “Əl-İttihad”, “Əl-Nəsr”, “Əl-Qadisiya” və “Əl-Əhli” komandaları mübarizə aparacaq. “Əl-Hilal” bundan əvvəlki iki mövsümdə kubokun sahibi olub.