Elbrus Abbasovun nəvəsi “Qarabağ”ın qonağı olub

“Qarabağ”ın dəvəti ilə veteran futbolçu, mərhum Elbrus Abbasovun ad vəsoyadını daşıyan nəvəsi komandanın bazasında olub. Allsport.az saytı xəbər verir ki, o, “köhlən atlar”ın məşqi izləyib.

Sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azyaşlı qonağı futbolçularla tanış edib, onun babası barədə məlumat verib. Daha sonra ona üzərində “Abbasov” yazılı “9” nömrəli köynəyi təqdim edib.

Elbrus Abbasov SSRİ dövründə “Qarabağ” və “Neftçi”də oynayıb. Müstəqil dövründə bir müddət Ağdam klubunun baş məşqçisi olub. O, 2020-ci ilin dekabrında 70 yaşında dünyasını dəyişib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish