- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ” yeni mövsümün hazırlığının ilkin mərhələsini başa vurub. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə 2-həftəlik təlim-məşqi yekunlaşdırıb. Baş məşqçisi Elmar Baxşıyev hazırlıq barədə bunu deyib:
“İki həftəlik Qəbələ toplanışı planlaşdırdığımız kimi keçdi. Sevindiricidir ki, futbolçular istirahətdən yaxşı vəziyyətdə, artıq çəkisiz dönmüşdülər. İlk günlərdə formanın aşağı olması bizi təəccübləndirmədi. Bu, gözlənilən idi.
Amma ümumilikdə futbolçular məşqlərdə səy göstərib daha optimal formaya çatmağa çalışırlar. İlkin mərhələ üçün fikrimizdəkiləri yerinə yetirə bildik. Əlbəttə, heyətin daha yaxşı komplektləşməsini istəyərdik.
Lakin bizdən asılı olmayan məsələlər var ki, onların da üzərində işləyirik. Qarşıdakı günlərdə istədiyimiz oyunçuların da komandaya qoşulacağına inanıram”.