Elnur Əşrəfoğlunun xatirəsinə “Media turniri”nin püşkü atılıb

AFFA-nın dəstəyi, İctimai futbol təşkilatları ictimai birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında növbəti dəfə baş tutacaq “Media turniri”nin püşkatma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunacaq yarışın püşkatma mərasimi AFFA-nın inzibati binasında baş tutub.

Turnirin oyunları həftənin çərşənbə axşamı və çərşənbə günləri saat 20:00 və 21:00-da AFFA-nın həyətindəki süni örtüklü meydanda keçiriləcək. Dairəvi sistemlə (1 dövrə) təşkil olunacaq yarışın yekununda ən çox xal toplayacaq komanda qalib elan olunacaq.

1-ci tur

3 oktyabr (çərşənbə axşamı)
20:00 “Əşrəfoğlunun Dostları” – “CBC Sport”
21:00 “Sportal” – “Dostluq”

4 oktyabr (çərşənbə)
20:00 “Zəngəzur” – “Xəzər”
21:00 “Dinamo-Bakı” – “Futbol+”

Həmin kateqoriyadan