Elxan Məmmədov UEFA-da komitə üzvü seçilib

UEFA İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub və İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib. Allsport.az xəbər verir ki, qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya Futbol Federasiyasının nümayəndəsi komitəyə üzv seçilib.

AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə hesabatlar hazırlayacaq.

Həmin kateqoriyadan