- Baxış sayı: 24
- 27 Noyabr 2024 21:49
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“FİFA adından pandemiya zamanı sıx əməkdaşlığa görə Aleksandr Dyukova və Rusiya futbol ittifaqının əməkdaşlarına təşəkkürümü bildirmək istərdim”. Allsport.az saytı xəbər verir ki, bunu ali qurumun Avropa milli assosiasiyaları üzrə direktoru Elxan Məmmədov RFS-in konfransında deyib. Həmyerlimiz, son 2 il dünya futbolu üçün asan keçmədiyini bildirib:
“Pandemiya dünyaya böyük təsir göstərdi. Amma siz futbolu geri qaytara bildiniz. Mövcud vəziyyəti nəzərə alaraq, FİFA adından hazırkı problemin də tezliklə həllini arzulayıram. Ümid edirəm ki, yaxın gələcəkdə Rusiya futbolunu beynəlxalq arenada görəcəyik”.
FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.