- Baxış sayı: 30
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 140
- Fevral 04, 2026
- 0

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Deportivo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 0:2 hesablı məğlubiyyətlə üzləşib. Zədəli olan İsrafilov bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Eybar” hazırda 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.