- Baxış sayı: 136
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 136
- Dekabr 05, 2025
- 0

Almaniya Kubokunda ilk mərhələyə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da yeni mövsümdə ilk rəsmi matçını keçirib.
Sözügedən komanda səfərdə “Bremer”lə qarşılaşıb. Matç Frankfurt təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb. Nəticədə, Balayevin klubu adını növbəti mərhələyə yazdırıb.
Emilin adı bu görüşün iştirak ərizəsinə daxil edilsə də, sonadək ehtiyatda qalıb. Baş məşqçi Armin Fe əsas heyətdə yeni transfer olunmuş Haynts Lindnerə şans verib.