- Baxış sayı: 23
- 27 Noyabr 2024 19:47
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) stadionun inşası ilə bağlı məsələyə aydınlıq gətirib. Allsport.az saytı xəbər verir ki, o, Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan xalqının rəğbətini qazanıb, böyük qələbələr qazanan, Qarabağı dünyada tanıdan klublarımızdan olduğunu deyib. Əlavə edib ki, məşhur “İmarət” stadionu Pənahəli xan İmarətinin yerləşdiyi ərazidədir:
“Bu stadion 1952-ci ildə inşa edilib. Stadionun inşa edildiyi ərazi vaxtilə Pənahəli xanının atlarını gəzdirdiyi, nümayiş etdirdiyi bir ərazi idi. Pənahəli xan qonaqları gələndə orada özünün Qarabağ atlarını onlara göstərirdi. Biz şəhərin baş planında həmin ərazinin məhz cıdır, yəni at meydançası kimi bərpa olunmasını nəzərdə tuturuq. Stadionun isə müasir, idman məhəlləsi adlandırdığımız ayrı bir yerdə inşa edilməsini planlaşdırırıq.
İlkin olaraq 15 min nəfərlik stadionunun inşası planlaşdırılır. Sırf futbol idman növü üçün nəzərdə tutulan stadionla yanaşı məhəllədə həm Olimpiya kompleksi, həm də Yay İdman Məktəbi və futbolçuların təlim məşq toplantı bazası kimi infrastruktur obyektlərinin tikilməsi nəzərdə tutulub. Layihə böyükdür və çox vacib layihələrdən biridir. Bu, təkcə Ağdam sakinləri üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün mühüm layihələrdəndir və buna görə də bu layihəyə çox diqqətlə yanaşırıq. Bu istiqamətdə gənclər və idman nazirliyinin böyük təşəbbüsləri var.
Nazirliyə əməkdaşlığa görə minnətdarıq. Hazırda onlar tərəfindən bir neçə variantda konsepsiya təqdim olunub və konsepsiyanın dəqiqləşdirilməsi üzərində iş gedir. Növbəti mərhələdə yəqin ki, işçi layihəsi hazırlanacaq. Bu elə məsələdir ki, burada dövlətlə yanaşı, həm klubun rəhbərliyi, həm klubun məxsus olduğu şirkət, eyni zamanda, digər özəl sektor nümayəndələri də tərəfdaş kimi iştirak edə bilərlər.
Bu, təkcə dövlət tərəfindən həyata keçiriləcək bir layihə olmamalıdır. Ona görə də özəl sektoru da bu işə cəlb etmək üçün artıq onlarla müzakirələrə başlamışıq. Yaxın dövr ərzində – birinci mərhələdə ən vacib layihələr sırasında bu layihə də icra olunacaq”. (APA)