- Baxış sayı: 14
- 30 Mart 2026 12:22
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Lion”un hücumçusu Endrik Braziliya millisinin heyətində dünya çempionatına yollanmaq imkanını dəyərləndirib.
Allsport.az xəbər verir ki, 19 yaşlı braziliyalı ulduz turnirdə iştirak etmək üçün əlindən gələni edəcəyini bildirib:
“Əvvəllər dünya çempionatına düşə biləcəyimə inanmırdım, amma indi bu mümkündür. Bunun üçün “Lion”da yaxşı məşq etməli, fiziki hazırlıq proqramıma əməl etməli və oyunlarda yüksək nəticə göstərməliyəm. Əgər Allahın izni olsa, iyunda dünya çempionatında iştirak edəcəyəm”.
Yanvarda “Real Madrid”dən “Lion”a icarəyə verilən gənc forvard Fransa liqa 1-də keçirdiyi 9 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.