Endrikin cəzası bilindi

“Lion”un hücumçusu Endrik “Nant”la oyundakı qırmızı vərəqəyə görə bir oyunluq diskvalifikasiya edilib. Allsport.az xəbər verir ki, “Real Madrid”dən icarəyə götürülən braziliyalı futbolçu oyunun 61-cü dəqiqəsində Demen Assumaniyə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alsa da, Fransa peşəkar futbol liqasının intizam komitəsi qərarı yumşaldıb.

Hakim Matye Vernisin hesabatı və VAR görüntüləri əsasında birbaşa qırmızı vərəqə ləğv edilərək ikinci sarı vərəqə ilə əvəzlənib. Nəticədə Endrik standart qaydalara uyğun olaraq cəmi bir matçlıq cəza alıb.

Həmin kateqoriyadan