- Baxış sayı: 38
- 09 Yanvar 2026 20:43
- Baxış sayı: 173
- Yanvar 09, 2026
- 0

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa superkuboku uğrunda “Marsel”lə keçirilən matçdan (2:2, penaltilər – 4:1) sonra qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, Paris təmsilçisi ardıcıl 4-cü dəfə bu titula sahib çıxıb. Paytaxt təmsilçisi sonuncu dəfə bu turnirdə 2021-ci ildə “Lill”ə məğlub olmuşdu (0:1). Luis Enrike komandasının xarakter nümayiş etdirdiyini bildirib:
“Finalda emosiyalar pik həddə olur və düşünmürəm ki, komanda həmişəki qədər yaxşı oynadı. Çətin idi, rəqibimiz çox güclü mübarizə apardı. Lakin biz son dəqiqəyə qədər vuruşduq və penaltilər seriyası bizim üçün bir növ tilsimə çevrildi. Qazanmağın həmişə çətin olduğunu anlamaq vacibdir. Bu gün yüksək səviyyəni qorumağın nə qədər çətin olduğunu bir daha gördük”.