“Əslində final güləşməliydim”

Bakı idman sarayında güləş üzrə U-23 Avropa çempionatında bu gün 5 çəkidə mükafatçılara aydınlıq gəldi. “Klassiklər”də 87 kq-da Laçın Vəliyev 3-cü yer üçün görüşdə İlya Mialeşçuka (AİN) 3:1 qalib gəldi. Görüşdən sonra o sevincini O, allsport.az saytı ilə bölüşdü:

“Əslində final güləşməliydim. Ancaq bəzi səhvlərə görə buna nail ola bilmədim. Allaha şükürlər olsun, bürünc medal uğrunda görüşdə fürsəti qaçırmadım. Öz üzərimdə daha çox çalışıb dünya çempionatında qalib olmağı hədəfləmişəm”.

Həmin kateqoriyadan