“Əvəz çıxmaq üçün ən gözəl yer doğma divarlar idi”

Bakı idman sarayında U-23 Avropa çempionatında bu gün 5 çəkidə mükafatçılar bilindi. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçilərin mücadiləsində 77 kq-da Xasay Həsənli finalda türkiyəli Yüksəl Sarıçiçəyi 9:1 yendi. Onun qələbə təəəsuratı belə oldu:

“Ardıcıl 3-cü dəfə finala çıxırdım. Bunlardan 2-sində qalib olmuşdum. Keçən U-23 Avropa və dünya çempionatlarında həlledici görüşdə moldovalı rəqibə uduzmuşdum. Finalda türkiyəli güləşçiyə də 2 dəfə məğlub yenilmişdim. Əvəz çıxmaq üçün ən gözəl yer doğma divarlar idi. Azarleşlərin içində istəyimə nail oldum. Yarışdan öncə bütün taktikanı bu 2 rəqibə görə qurmuşdum.

Qələbəyə görə çox şadam. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Çempionluğu yeni doğulan bacım oğluna və hərbi xidmətdə olan ən yaxın dostum Elcan Məmmədova həsr edirəm.

Finaldan öncə izünəinam güclü idi. Revanş hissi ilə alışıb yanırdım. Arzum budur ki, böyüklərdə də yüksək nəticələr qazanım. Məşqləri daha artıracağam”.

Həmin kateqoriyadan