- Baxış sayı: 33
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 95
- Fevral 06, 2026
- 0

“Mançester Yunayted”dən ayrılan futbolçu Conni Evans karyerasını bitirib.
Allsport.az xəbər verir ki, 37 yaşlı müdafiəçi karyerası ərzində “Royal Antverp”, “Sanderlənd”, “Vest Bromviç” və “Lester Siti”nin də şərəfini qoruyub. O, 2006 – 2024-cü illərdə Şimali İrlandiya yığmasında çıxış edib.
Evans 3 dəfə İngiltərə premyer liqası, 2 dəfə İngiltərə kuboku, 2 dəfə İngiltərə liqa kuboku, 4 dəfə İngiltərə super kuboku, 1 dəfə çempionlar liqası və 1 dəfə FİFA klublar arası dünya çempionatının qalibi olub.