- Baxış sayı: 28
- 22 Mart 2023 21:42
- Baxış sayı: 180
- Mart 22, 2023
- 0
Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 11-ci və 12-ci turların oyunları keçirildi. Azarkeşlərin diqqət yetirdiyi qarşıdurmadan biri “İdman Akademiyası” və “Dinamo” arasında mübarizə idi. “Polislər” keçirdikləri 4 matçın hamısında qalib gəlmişdilər.
“Tələbələr”də 1 yenilgi vardı. Üstəlik, rəqib onlara nisbətdə daha təcrübəli həndbolçulardan təşkil olunmuşdu. Buna rəğmən, “İdman Akademiyası” hər 2 görüşdə rəqibi üstələdi (27:25, 32:31). Komandanın künc oyunçusu Fəda Yusifov ən yaxşılardan idi. O, allsport.az saytına sevincini belə bölüşüb:
“Oyun çox yaxşı keçdi. Mübarizə və sürət pik həddə idi. Rəqibə belə oyuna görə təşəkkür edirəm. Bəzi səhvlərimiz oldu. Vidadi Əliyevin rəhbərliyi ilə məşqlərdə onların üzərində işləyəcəyik. Bu səhvlərə baxmayaraq, komandamız qələbəyə nail oldu. Buna layiq idik. Hamını təbrik edirəm”.