“Fənərbağça” ulduzunu satır

“Fənərbağça”nın ulduzu Sebastiyan Şimanski karyerasını Fransada davam etdirməyə yaxındır.

Allsport.az xəbər verir ki, 26 yaşlı polşalı yarımmüdafiəçi “Renn” klubu ilə 2030-cu ilə qədər şəxsi müqavilə şərtlərini razılaşdırıb. Fransa təmsilçisi bu transfer üçün “Fənərbağça”ya əlavələr daxil olmaqla 13 milyon avro təklif edib.

İstanbul klubunun 15 milyon avro gözləntisi olsa da, tərəflərin razılığa çox yaxın olduğu bildirilir. Cari mövsümdə 25 oyuna 2 qol və 1 ötürmə ilə yadda qalan Şimanskinin yaxın günlərdə tibbi müayinə üçün Fransaya gedəcəyi gözlənilir.

Həmin kateqoriyadan