- Baxış sayı: 38
- 25 Mart 2026 22:56
- Baxış sayı: 214
- Mart 25, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Samir Abbasovun Azərbaycan premyer liqasının XXXI turunda səfərdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, matçı dəyərləndirib:
“Qol vurmağımız üçün imkanlarımız oldu, amma təəssüf ki, qapının içindən də hədəfə düşə bilmədik. Düzdür, bu o demək deyil ki, biz o epizodları qola çevirsəydik, uduzmayacaqdıq. Çünki rəqibin qol epizodları daha çox idi. Kubok matçını düşündüyümüz üçün çoxlu rotasiyalara əl atmışdıq. Üstəlik, zədə problemlərimiz davam edir. Bununla belə, oyuna yaxşı başlamışdıq, nizam-intizamı qoruyub saxlayırdıq. Hücumlar etməyə çalışırdıq, amma təəssüf ki, fərdi səhvlərdən ard-arda qollar buraxdıq”.